Libido

Libido (lat. libidoehtiras, nəfs, istək) — Ziqmund Freydin psixoanalizində anlayış. Seksual ehtirası və cinsi instinkti nəzərdə tutur. Bu termin seksuallığın müxtəlif təzahürlərini təsvir etmək üçün işlənir. Freyd libidonu Platonun Erosu ilə eyniləşdirirdi və onu "vurğunluq" sözünü əhatə edən hər şeyə: cinsi vurğunluq, özünə-vurğunluq (narsissizm), valideynlərə və uşaqlara vurğunluq, ümumi insansevərlik və sairəyə aid edirdi. "Libido" terminini Freyd psixi pozuntuların, nevrozun, və eləcə də normal insanın psixi inkişaf gedişini, onun elmi və bədii fəaliyətini, sublimasiyanı izah etmək üçün istifadə edirdi.[1]

  1. "Güc artırmaq yolları". 2020-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-15.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search